Accessibility links

Azərbaycana yeni səfir təyinatı ilə bağlı ABŞ Senatında dinləmələr keçiriləcək


Direktur bidang energi Departemen Luar Negeri AS Robert F. Cekuta di Jakarta. (VOA/Iris Gera)
Direktur bidang energi Departemen Luar Negeri AS Robert F. Cekuta di Jakarta. (VOA/Iris Gera)

Dinləmələr ABŞ-ın Ermənistan, Makedoniya və Montenoqradakı yeni səfiri postuna namizədlərlə bağlı müzakirələri də əhatə edəcək

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində ABŞ-ın Azərbaycanda yeni səfiri postuna namizədi irəli sürülmüş Robert Cekuta ilə bağlı dinləmələr keçiriləcək.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsininin saytının məlumatına görə dinləmələr sentyabrın 17-də başlayacaq.

Azərbaycana səfir postuna namizədlə yanaşı, dinləmələr ABŞ-ın Ermənistan, Makedoniya və Montenoqradakı yeni səfiri postuna namizədlərlə bağlı müzakirələri də əhatə edəcək.

Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı yeni səfiri postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Cekutanın namizədliyini irəli sürüb.

O, əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar səlahiyyət müddətini başa vurararaq ölkəsinə qayıdıb.

XS
SM
MD
LG