Accessibility links

Azərbaycan silahları beynəlxalq müdafiə sənayesi sərgisində [Fotoqalereya]


Bakıda 1-ci Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” (ADEX-2014) sərgisi" keçirilir
Bakıda 1-ci Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” (ADEX-2014) sərgisi" keçirilir

Bakıda keçirilən sərgi sentyabrın 13-də başa çatacaq

Azərbaycan Bakıda keçirilən “ADEX-2014” birinci beynəlxalq müdafiə sənayesi sərgisində 168 adda məhsul təqdim edib.

Onların əksər hissəsini zirehli texnika təşkil edir.

Azərbaycan sovet zirehli texnikasının müasirləşdirilmiş formalarını: BTR-70, BRDM, BRDM-2, tırtıllı kəşfiyyat-gözətçi maşınları istehsal edir. Bu texnika dizel yanacağı ilə işləyir, bu da bir dəfə yanacaq doldurmaqla qət edilən məsafəni artırır.

Bundan başqa, müasirləşdirilmiş BTR pulemyot yerinə topla, xüsusən, “Şimşək” elektron silah nişanalma sistemi ilə təchiz edilib.

Azərbaycan həmçinin “Matador” zirehli nəqliyyat vasitələrini (şəxsi heyətin minalı sahələrdən daşınması üçün), həmçinin “Maruader” zirehli nəqliyyat vasitələrini və “Gürzə” zirehli maşınlarını təqdim edib.

Atıcılıq silahlarının çeşidləri də genişdir: iriçaplı “Mübariz” (12,7 mm) və “İstiqlal” (14,5) snayper tüfəngləri, həmçinin “Yalquzaq” (7,2) və “Yırtıcı” (7,62) snayper tüfəngləri.

Bundan başqa, müxtəlif növ minomyotlar, qumbaraatanlar, tapançalar, o cümlədən “Zəfər-P” və “İnam” yarımavtomat tapançaları təqdim edilib.

Bununla yanaşı, Azərbaycan öz istehsalı olan patronları və digər döyüş sursatlarını, mərmiləri təqdim edib.

Həmçinin kəşfiyyat məlumatları toplamaq üçün iki pilotsuz təyyarə - “Aerostar” və “Orbiter 2 M” təqdim edilib.

Xarici istehsalçıların yeni məhsulları arasında “Vertoletı Rossii” korporasiyasının təqdim etiyi Ka-52 “Alliqator” kəşfiyyat-həmləçi helikopteri maraq doğurur.

Günün bütün saatlarında istifadə olunan, hər cür hava şəraitinə uyğun bu döyüş helikopteri kəşfiyyat vəzifələrinin həlli və həmləçi döyüş helikopterlərinin idarə edilməsi üçün nəzərdə tutulub.

Ka-52 görünmənin azaldılması qurğuları, radioelektron müdafiə sistemi, fəal əks-təsir vasitələri və güclü hücum silahları ilə təchiz edilib.

“Alliqator” ekipajın yüksək səviyyədə müdafiəsini təmin edir.

defeceweb.co.za saytının məlumatına görə isə, Paramount Group Cənubi Afrika şirkəti Azərbaycanın AirTechServices Corporation şirkəti ilə helikopterlərin və bəzi təyyarə növlərinin müasirləşdirilməsi ilə məşğul olacaq Paramount Aerospace Azerbaijan şirkətinin yaradılması haqqında saziş imzalayıb.

Sərgi sentyabrın 13-də başa çatacaq.

XS
SM
MD
LG