Accessibility links

Şəkidə iki AXCP fəalı saxlanıb


Şəkidə qədim zindan qarşısında flash-mob (Foto Sahib Kərimovun Facebook səhifəsindən götürülüb)
Şəkidə qədim zindan qarşısında flash-mob (Foto Sahib Kərimovun Facebook səhifəsindən götürülüb)

Fəallar hüquq müdafiəçisinin ad günü münasibəti qədim qala divarları önündə flaş-moba görə saxlanıb

AXCP Gənclər Komitəsinin Şəki rayon (Bakıdan 400 kilometr şimal-qərb) şöbəsinin üzvü Vüqar Rzayev və gözətçi.az saytının əməkdaşı, həbsdə olan Anar Məmmədlinin rəhbəri olduğu Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin yerli koordinatoru Razim Rzayev sentyabrın 17-də saat 14 radələrində yerli polis tərəfindən saxlanıb.

AXCP Şəki rayon şöbəsinin sədri Əli Abdullayev Amerikanın Səsinə bildirib ki, fəallar artıq 3 saatdır Şəki rayon Polis Şöbəsində saxlanılır.

Onlara qarşı İnzibati Xətalar Məcəlləsinin 298.2-ci maddəsi ilə (yeri, vaxtı, küçə yürüşünə münasibətdə marşrutu qanunla müəyyən edilmiş qaydada razılaşdırılmamış toplantıda iştirak etmə-beş yüz manatdan min manatadək miqdarda cərimə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs) protokol tərtib edilib.

Fəalların məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Ə.Abdullayev dediyinə görə saxlananları bir ay əvvəl hüquq müdafiəçisi Rəsul Cəfərovun ad günü münasibətilə Şəkidə keçmiş zamanlarda həbs olunan insanların saxlandığı qalanın binası qarşısında keçirilən flaş-mobun iştirakçıları olub.

Belə ki, avqustun 17-də AXCP Şəki rayon şöbəsi həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun doğum günü münasibətilə flaş-mob keçirib.

Bundan sonra flaş-mobda iştirak edən AXCP Şəki şöbəsinin sədri Əli Abdullayev və rayon təşkilatının Ali Məclisinin sədri Rauf Abdürrəhmanlı inzibati qaydada 5 sutka həbs edilib, məclis üzvü Mübariz Əbdülkərimov və Gənclər Komitəsinin sədri İslam Həsənov 500 manat cərimələnib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG