Accessibility links

Amerikanın müvəqqəti işlər vəkili Naxçıvana gedib


Amerika səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan

Amerika səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan

Derek Hoqan Ali Məclisin sədri və hüquq müdafiəçiləri ilə görüşüb

Sentyabrın 23-də Amerika səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanın başçılıq etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.

Səfər çərçivəsində D.Hoqan Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla, vətəndaş cəmiyyətinin təmsilçiləri Məlahət və İlqar Nəsibovlarla görüşüb.

Ali Məclisin sədri ilə görüşdə iqtisadi və mədəni məsələlər ətrafında müzakirələr aparılıb.

Nümayəndə heyəti bu gün Naxçıvan avtomobil zavodunda olacaq.

Günün sonunda isə Amerikanın “Meri Mak Brayd” qrupu Naxçıvanda açıq havada konsert proqramı ilə çıxış edəcək.

XS
SM
MD
LG