Accessibility links

AŞPA-da Elmar Məmmədyarovun çıxışı zamanı etiraz aksiyası keçirilib (Yenilənib)


AŞPA-da aksiya (Şəkil Facebook sosial şəbəkəsindən götürülüb)

AŞPA-da aksiya (Şəkil Facebook sosial şəbəkəsindən götürülüb)

AŞPA prezidenti Ann Brassor zalda sakitliyə çağırıb

Aksiya iştirakçısı Həbib Müntəzir Amerikanın səsinə bildirib ki, nazir Elmar Məmmədyarov heç bir reaksiya verməyib.

“Nazir Məmmədyarov sadəcə təbəssüm etdi. O İlham Əliyevin etdiyi səhvi etmədi”, deyə Müntəzir bildirib.

Həbib Müntəzir deyir ki, çıxışdan sonra nazirə yaxınlaşmağa cəhd ediblər. Amma bu dəfə də alınmayıb. "Necə deyərlər nazir aradan çıxdı".

****

AŞPA-da aksiya (Şəkil Facebook sosial şəbəkəsindən götürülüb)

AŞPA-da aksiya (Şəkil Facebook sosial şəbəkəsindən götürülüb)

Oktyabrın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyasında çıxışı zamanı xaricdə yaşayan azərbaycanlı siyasi mühacirlər aksiya keçirib.

AŞPA prezidenti Ann Brassor zalda sakitliyə çağırıb.

Aksiya iştirakçılarından biri Amerikanın Səsinə bildirib ki, onlar üzərilərində siyasi məhbusların şəkilləri olan qırımızı köynəklər geyinərək “Siyasi məhbuslara azadlıq!” şüarları səsləndirib.

"Nazirin çıxışı zamanı aksiya keçirilməsində məqsəd prezident İlham Əliyevin AŞPA-da çıxışından sonra Azərbaycanda siyasi vəziyyətin daha da pisləşdiyini avropalı deputatlara çatdırmaq idi", o qeyd edib.

XS
SM
MD
LG