Accessibility links

İREX Azərbaycanda fəaliyyətini dayandırıb, nümayəndəliyini bağlayıb


logo of IREX

logo of IREX

İREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) Azərbaycanda fəaliyyətini dayandırıb və Nümayəndəliyini bağlayıb. Təşklat Azərbaycanda 1998-ci ildən fəaliyyət göstəriridi.

İREX-in Vaşinqton ofisindən daxil olan məlumata əsasən, 30 sentyabr 2014-cü ildə İREX Azərbaycandakı Nümayəndəliyini ləğv etmək qərarı verib.

İREX ölkədəki nümayəndəliyinə aid ofisini boşaldıb və bundan sonra Azərbaycanda rəsmi ofisi olmayacaq.

İREX bəyan edir ki, 1998-ci ildən bəri fəaliyyət göstərdiyi Azərbaycanda təhsilə, medinın inkişafına, internet infrastrukturunun genişləməsinə dəstək vermək üçün əlindən gələn yardımı göstərməyə çalışıb və bu çərçivədə müxtəlif dövlət və hökumət qurumları ilə, habelə kommersiya və qeyri-kommersiya qurumları ilə sıx əməkdaşlıq edib.

Odur ki, Fəaliyyəti dövründə sıx əməkdaşlıq etdiyi Humanitar Yardım üzrə Respublika Komissiyasına, Rabitə və Yüksək Texnologiyalar Nazirliynə, Təhsil Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Milli Televiziya və Radio Şurasına, Azərpoçt MMC-yə, Bakıda və Sumqayıtda fəaliyyət göstərən Dövlət Universitetlərinə, özəl Universitetlərə, İctimai və regional televiziyalara, medianın inkişafına çalışan yerli kommersiya və qeyri kommersiya qurumlarına və onların rəsmi şəxslərinə, əməkdaşlarına öz dərin təşəkkürünü bildirir.

İREX ümid edir ki, Azərbaycandakı fəaliyyətini Azərbaycan xalqı və hökuməti obyektiv qiymətləndirəcək. Son vaxtlar müxtəlif səpkidə mediaya ötürülən əsassız və böhtan dolu iftiralar ciddi qəbul edilməyəcək və başladılan proseslər hüququn üstünlüyü çərçivəsində İREX-in məqsədi Azərbaycan dövlətinin və cəmiyyətinin daha da inkişafına kömək göstərmək olub və hər zaman Azərbaycanı özünə dost ölkə hesab edib.

XS
SM
MD
LG