Accessibility links

Bakıda bankomat partladılıb - pul oğurlanıb


DİN Bakıda bankomatın partladılması ilə bağlı məlumat yayıb

DİN Bakıda bankomatın partladılması ilə bağlı məlumat yayıb

Bankomat Beynəlxalq Banka məxsus olub

Daxili İşlər Nazirliyi (DİN) bankomatın bir qrup maskalı şəxs tərəfindən partladılması ilə bağlı məlumat yayıb.

DİN-nin mətbuat xidmətinin məlumatına görə oktyabrın 10-da gecə saat 5 radələrində bankomat Sabunçu rayonu Bilgəh qəsəbəsinin ərazisində partladılıb.

Araşdırmalar zamanı Ü.Hacıbəyov küçəsində yerləşən mağazanın önündə Beynəlxalq Banka məxsus bankomatın partladılması və içərisində pul olan qutunun aparılması müəyyən edilib.

Mağazanın mühafizəçisi İkram Mirzəyev izahatında 3 maskalı şəxsin avtomat silahla onu hədələyərək, əl-ayağını yapışqanlı lentlə bağladığını yazııb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.

XS
SM
MD
LG