Accessibility links

Avropa Məhkəməsi Leyla və Arif Yunusların işinə prioritet qaydada baxacaq


Leyla Yunus həbs ediərkən
Leyla Yunus həbs ediərkən

Vəkilin dediyinə görə Azərbaycan hakimiyyəti ayda bir dəfə Leyla və Arif Yunusların səhhəti ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə məlumat verməlidir

Avropa İnsan Haqları Məhkəməsi həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun şikayətlərinə prioritet qaydada baxılması ilə bağlı qərar qəbul edib.

Bu haqda AzadlıqRadiosuna vəkil Xalid Bağırov məlumat verib:

«Biz onların həbsi ilə bağlı çıxarılan qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət vermişdik. Oradan məktub gəlib. Qərara alıblar ki, bu işə prioritet qaydada baxsınlar. Yəni daha operativ baxılacaq bu işə. Məktubda həmçinin qeyd olunur ki, Azərbaycan hakimiyyəti ayda bir dəfə Leyla və Arif Yunusların səhhəti ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə məlumat verməlidir».

Azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus hazırda həbsdədir. Onlar vətənə xəyanətdə ittiham olunurlar.

XS
SM
MD
LG