Accessibility links

Rusiyanın Xəzər Dəniz Donanmasının iki gəmisi Azərbaycana gələcək


Rusiyanın Xəzər Dəniz Donanmasının iki gəmisi Azərbaycana gələcək

Rusiyanın Xəzər Dəniz Donanmasının iki gəmisi Azərbaycana gələcək

Səfər oktyabrın 19-dək davam edəcək

Oktyabrın 16-da Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" və "Qrad Sviyajsk" gəmilərinin Bakıya rəsmi səfəri planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə səfər ərzində gəmilərin komandanlığı və şəxsi heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən nümayəndə heyəti qəbul olunacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər oktyabrın 19-dək davam edəcək.

XS
SM
MD
LG