Accessibility links

Keçmiş vitse-admiral Şahin Sultanovun həbs müddəti uzadılıb


Şahin Sultanov
Şahin Sultanov

Bu barədə dünən Bakı Hərbi Məhkəməsində qərar qəbul edilib

Oktyabrın 18-də Bakı Hərbi Məhkəməsində Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı Şahin Sultanovun barəsində həbs-qətimkan tədbirinin uzadılması haqda istintaq orqanının verdiyi vəsatətə baxılıb.

APA-nın məlumatına görə prosesdə Ş.Sultanovun həbs müddətinin 3 ay uzadılması barədə qərar qəbul edilib.

Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

XS
SM
MD
LG