Accessibility links

Ceyms Uorlik: Paris tərəfləri sülhə yaxınlaşdıracağına ümid edir


 ATƏT in Minsk Qrupunun yeni təyin olunmuşamerikalı həmsədri Ceyms Uorlik

ATƏT in Minsk Qrupunun yeni təyin olunmuşamerikalı həmsədri Ceyms Uorlik

Azərbaycan və Ermənistan prezidentləri Parisdə görüşəcək

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin Paris görüşünün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində tərəflərin mövqeyini yaxınlaşdıracağına ümidini ifadə edib.

Bu barədə o “Twitter” mikrobloqunda bildirib.

C.Uorlik danışıqlarda iştirak etmək üçün artıq Parisdə olduğunu da vurğulayıb.

“Artıq Parisdəyəm. Prezident Olland prezident Sarkisyan və prezident Əliyevlə görüşlər keçirəcək. Ümid edirəm ki, onlar bizi sülhə yaxınlaşdıracaqlar”, diplomat yazıb.

Oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentləri Parisdə Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər.

Bu müzakirələrə Fransa prezidenti Francois Olland ev sahibliyi edəcək.

XS
SM
MD
LG