Accessibility links

Eldəniz Quliyev cərimələndi [Video]


O, ittihamı qəbul etmir və bunu siyasi fəaliyyəti ilə bağlayır

Oktyabrın 30-da Bakının Nəsimi rayon Məhkəməsi Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın koordinasiya şurasının üzvü Eldəniz Quliyev barədə yekun qərar verib.

Amerikanın Səsinin müxbirinin məhkəmədən verdiyi məlumata görə məhkəmə Eldəniz Quliyevin 1000 manat cərimə, 480 saat ictimai işə cəlb edilməsi barədə qərar qəbul edib.

Daxili işlər naziri Ramil Usubov Eldəniz Quliyevə qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb.

İddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə yazdığı müraciətdir. Eldəniz Quliyev Facebook şəbəkəsində yazdığı, “Moderator.az” saytında da dərc olunan həmin müraciətində bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini bildirib.

Eldəniz Quliyev ittihamları qəbul etmir və bunu siyasi fəaliyyəti ilə bağlayır. Buna görə də apellyasiya şikayəti verəcək.

XS
SM
MD
LG