Accessibility links

Xarici İşlər Nazirliyinin Londonda keçirilən turizm sərgisi barədə açıqlaması


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

"Reed Exhbitions" şirkətinin təşkil etdiyi sərgidə Ermənistanın pavilyonda Azərbaycanın “Karabakh” regionu adı altında stend yerləşdirlib

"Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Londonda noyabrın 3-6-da keçirilən “World Travel Market” ənənəvi turizm sərgisində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış işğalçı rejimin təqdim olunmasının qarşısının alınması üçün məsələ qalıdırıb". Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyevin açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, hələ tədbir başlanmazdan öncə Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı "Reed Exhbitions" şirkəti qarşısında Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyi tərəfindən məsələ qaldırılıb.

Həmçinin, Böyük Britaniya-Azərbaycan Parlament Qrupunun üzvləri bununla bağlı Böyük Britaniya hökumətinə müraciət ünvanlayıb.

“Reed Exhibitions" şirkəti separatçı rejimin heç bir halda “World Travel Market” turizm sərgisində ayrıca stendlə təmsil olunmayacağını bildirib. Həmçinin, qondarma rejimi təmsil etdiyini iddia edən “Qarabağ Turizm İnkişaf İdarəsi”nin (Karabakh Tourism Development Agency) bu sərgidə iştirakına rəsmən icazə verilməyib", sənəddə vurğulanır.

"Azərbaycanın Böyük Britaniyadakı səfirliyi tərəfindən Ermənistan Turizm Nazirliyinə aid olan pavilyonda Azərbaycanın işğal edilmiş ərazilərinin “Karabakh” adı altında təqdim edilməsi məsələsi ilə əlaqədar Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı "Reed Exhbitions" şirkəti ilə işi davam etdirir”, açıqlamada qeyd edilir.

Azərbaycan Xarici işlər Nazirliyinin açıqlamasına hələ nə Böyük Britaniya, nə "Reed Exhbitions" şirkəti, nə də Ermənistan cavab verməyib.

XS
SM
MD
LG