Accessibility links

OMCT: Leyla Yunusa və onun vəkillərinə qarşı təqiblər davam edir


logo of FIDH and OMCT

logo of FIDH and OMCT

OMST hüquq müdafiəçilərinin müdafiəsinin qurulmasına əngəl törədilməsinə və vəkillərin uzaqlaşdırılmasına narazılığını bildirir

İşgəncələrə qarşı Ümumdünya Təşkilatı (OMCT) noyabrın 6-da yaydığı bəyanatında hüquq müdafiəçiləri Leyla Yunus və Arif Yunusa qarşı məhkəmə təqibləri barədə növbəti ciddi narahtlığını ifadə edib.

Təşkilat Yunusların həbs müddətinin növbəti dəfə 4 ay uzadılmasını xatırladır.

Bununla belə OMST hüquq müdafiəçilərinin müdafiəsinin qurulmasına əngəl törədilməsinə və vəkillərin uzaqlaşdırılmasına narazılığını bildirir.

Buna görə də təşkilat Azərbaycan hakimiyyətini təcili olaraq Leyla və Arif Yunusların bütün hallarda tibbi, fiziki, psixoloji toxunulmazlığını təmin etməyə, QHT nümayəndələrinə qarşı artan repressiya dalğasının dayandırılmasına, onların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır.

Eyni zamanda,OMST 9 dekabr 1998-ci il, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilən İnsan Hüquqları Müdafiəçilərinə dair BMT bəyannaməsinin müddəalarına istinad edir.

Bununla da təşkilat hakimiyyəti Azərbaycan tərəfindən ratifikasiya edilmiş beynəlxalq sənədlərə uyğun olaraq üzərinə götürdüyü insan hüquqları və fundamental azadlıqlarla bağlı standartlara hörmət etməyə çağırıb.

XS
SM
MD
LG