Accessibility links

aksiya bazar günü saat 15.00-dan 17.00-a qədər metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək

Demokratik Qüvvələrin Milli Şuransının (DQMŞ) siyasi məhbusların azad edilməsi və Avrointeqrasiyanın dərinləşdirilməsi tələbi ilə keçiriləcək mitinqi noyabrın 10-dan 9-na keçirilib. Bu qərar Bakı meriyasının aksiyanın bazar günü keçirilməsinə icazə verməsi ilə əlaqədar qəbul edilib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, noyabrın 6-da meriyadan ona rəsmi olaraq mitinqin noyabrın 10-da keçirilməsinə razılıq verildiyi bildirilib, bu gün isə rəsmi məktubda deyilir ki, aksiya bazar günü saat 15.00-dan 17.00-a qədər metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirilməlidir.

Milli Şura bunu müxalifət tərəfdarlarını çaşdırmaq və tədbirə hazırlıq müddətini məhdudlaşdırmaq məqsədilə “hakimiyyətin təxribatı” kimi qiymətləndirib.

Bununla belə, Milli Şura aksiyanı noyabrın 9-da keçirmək niyyətindədir.

Öz növbəsində, Bakı polisi təşkilatçılara aksiya zamanı bəyan edilmiş şüarların çərçivəsini aşan çağırışlar səsləndirilməsinin, habelə ictimai asayişi pozan hərəkətlərin yolverilməz olduğu haqqında xəbərdarlıq edib.

XS
SM
MD
LG