Accessibility links

İranın xarici işlər nazirinin müavini sabah Azərbaycana səfər edəcək


İbrahim Rəhimpur
İbrahim Rəhimpur

Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, iqtisadi məsələlər müzakirə olunacaq

İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur sabah Azərbaycana səfər edəcək. Bu barədə Trend agentliyinə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

Onun sözlərinə görə, səfərin əsas məqsədi İran prezidenti Həsən Ruhaninin Azərbaycana gözlənilən səfəri ilə bağlı bəzi məsələləri müzakirə etməkdir.

Səfər zamanı İ.Rəhimpur Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşəcək.

Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, iqtisadi məsələlər müzakirə olunacaq.

İran prezidenti Həsən Ruhaninin Azərbaycana noyabrın 12-də səfər etməsi nəzərdə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG