Accessibility links

NATO/ABŞ ekspert qrupu Azərbaycanda hərbi təhsilin inkişafına yardım görüşü keçirir


NATO-Azərbaycan məsləhətləşmələri keçiriləcək
NATO-Azərbaycan məsləhətləşmələri keçiriləcək

Görüşlərdə strateji planlaşdırmanın təşkili ilə bağlı beynəlxalq təcrübəsinin öyrənilməsi barədə müzakirələr aparılır

Azərbaycan Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO/ABŞ Ekspert Qrupunun mütəxəssisləri tərəfindən Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə növbəti işçi görüşü keçirilir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə tədbirdə hərbi təhsil sahəsində strateji planlaşdırmanın təşkili ilə bağlı beynəlxalq təcrübənin, o cümlədən NATO ölkələrinin bu sahədə təcrübəsinin öyrənilməsi və təhsil üzrə digər məsələlər barədə müzakirələr aparılır.

Ekspert Qrupunun üzvləri Hərbi Akademiyanın komandanlığı ilə görüşüb, kafedraların rəhbər və müəllim heyətilə dəyirmi masada strateji planlaşdırmanın təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda Hərbi Akademiyanın dinləyiciləri üçün milli təhlükəsizlik strategiyası, qloballaşma və təhlükəsizliklə bağlı mühazirələrin oxunması da planlaşdırılır.

Mətbuat xidməti həmçinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "NATO-nun Əməliyyat Planlaşdırma Prosesi" mövzusunda təlim kursu keçirildiyini də bildirir.

Təlim zamanı NATO mütəxəssisləri tərəfindən əməliyyat planlaşdırma prosesi barədə dinləyicilərin məlumatlandırılması, strateji mühitin qiymətləndirilməsi, əməliyyat planının və müvafiq sənədlərin hazırlanması ilə bağlı məlumatların verilməsi nəzərdə tutulub.


XS
SM
MD
LG