Accessibility links

Bakı meriyası siyasi məhbusların müdafiəsi piketinə icazə verməyib


Milli Şuranın mitinqi
Milli Şuranın mitinqi

Bu barədə Amerikanın Səsinə Xalq Partiyasının sədri Pənah Hüseyn məlumat verib

Bakı şəhər meriyası Demokratiya və İnsan Haqları Mərkəzinin noyabrın 19-da “Siyasi məhbuslara azadlıq!” şüarı ilə piket keçirməsinə icazə verməyib.

Bu barədə Amerikanın Səsinə Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib.

Meriyaya müraciətdə piketin keçirilməsi üçün Prezident Administrasiyasının, Ali Məhkəmənin, Baş Prokurorluğun qarşısı göstərilmişdi. Bakı meriyası isə bu müraciətin “Sərbəst toplaşmaq haqqında” qanunun 5-ci maddəsinə cavab vermədiyinə görə piketi məqsədəuyğun hesab etməyib.

Demokratiya və İnsan Haqları Mərkəzində Klassik Xalq Cəbhəsi, Müsavat, Demokrat, Ümid, Azadlıq, Liberal Demokrat, Vətəndaş və İnkişaf, Aydınlar, Böyük Azərbaycan, Xalq, Azad Demokrat partiyaları təmsil olunur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG