Accessibility links

AXCP fəalının oğlu narkotik ticarətində ittiham olunur


Sənan Daşdəmirli – Xalq Cəbhəsi Partiyasının (AXCP) təşkilat şöbəsinin müdiri

Sənan Daşdəmirli – Xalq Cəbhəsi Partiyasının (AXCP) təşkilat şöbəsinin müdiri

Vəkil Azər Nağıyev bildirib ki, müvəkkilinə qarşı 234.4.3-cü maddə ilə ittiham irəli sürülüb və gənc 12 ilə qədər azadlıqdan məhrum edilə bilər

Sənan Daşdəmirli – Xalq Cəbhəsi Partiyasının (AXCP) təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu qanunsuz narkotik ticarəti ittihamı ilə həbs edilib.

Partiyada hesab edirlər ki, gənc siyasi motivlərlə, atasının müxalifət fəaliyyəti ilə əlaqədar təqib edilir.

R.Daşdəmirli Demokratik Qüvvələrin Milli Şurasının son mitinqlərinin təşkilati-texniki məsələlərinin həllində fəal iştirak edib.

R.Daşdəmirli özü də bundan əmindir.

Turan-ın müxbiri ilə söhbətində o bildirib ki, oğlu noyabrın 17-də saat 19.00-da evlərinin yanında saxlanılıb və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.

Növbəti gün məhkəmə onu 3 ay müddətinə həbs edib.

R.Daşdəmirli narkotik ticarəti ittihamlarını qətiyyətlə rədd edib, belə ki, oğlu inanclı insandır.

Müxalifətçi hesab edir ki, oğlunu ona təzyiq göstərmək üçün həbs ediblər.

“Təxribatlarla siyasi mübarizədən əl çəkməyə məcbur edə bilməyəcəklərini başa düşdükdə, oğlumu həbs edib məni cəzalandırmağı qərara alıblar”, deyə R.Daşdəmirli bildirib.

Vəkil Azər Nağıyev bildirib ki, müvəkkilinə qarşı 234.4.3-cü maddə ilə ittiham irəli sürülüb və gənc 12 ilə qədər azadlıqdan məhrum edilə bilər. İstintaqın məlumatına görə, S.Daşdəmirli saxlanılarkən üzərindən 3,2 qram heroin götürülüb. Lakin gəncin sözlərinə görə, narkotiki onun üzərinə polis əməkdaşları özləri atıblar.

Vəkil qeyd edib ki, narkotik ticarətçiləri narkotik maddələri kiçik dozalara ayıraraq saxlayırlar. Bir müddət əvvəl AXCP funksioneri və jurnalist Natiq Ədilovun qardaşı, AXCP üzvü Murad Ədilov da bu maddə ilə həbs edilib.

XS
SM
MD
LG