Accessibility links

Azad İsazadə: Leyla Yunus anasının yanında basdırılmasını vəsiyyət etdi [Video-müsahibə]


Hüquq müdafiəçisi Leyla Yunusun ailə dostu Azad İsazadənin Amerikanın Səsinə müsahibəsi

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun ailə dostu Azad İsazadə Amerikanın Səsinə müsahibəsində Yunusla telefon danışığından, hüquq müdafiəçisinin ölüm ayağında olmasından, vəsiyyətindən və Arif Yunusun səhhətindən danışıb.

Amerikanın Səsi: Siz dünən Leyla Yunusla telefonla danışıbsınız.Leyla xanım səhhəti ilə bağlı nə dedi, səhhəti necədir?

12 kiliqrama yaxın arıqlayıb. Dişləri, saçları tökülür. Şəkəri yüksəkdir, 220. Təzyiqi yüksəkdir, gözləri pis görür, zəifləyib. Beş addımdan artıq yeriyə bilmir.

Azad İsazadə: Onun sözlərinə görə səhhəti yaxşı deyil, səhhəti getdikcə pisləşir. Mədəsində, bədənində ağrılar var. Yemək qəbul edəndən sonra qaytarır. 12 kiliqrama yaxın arıqlayıb. Dişləri, saçları tökülür. Şəkəri yüksəkdir, 220. Təzyiqi yüksəkdir, gözləri pis görür, zəifləyib. Beş addımdan artıq yeriyə bilmir. Ayaqları şişib. Onu da istisna etmirik ki, onda Hepatit C daşıyıcısı var idi. O, virus aktivləşib.

Qara ciyərində proseslər gedir serroz tərəfə. Özü ümid etmir ki, ilin axrınadək sağ çıxsın, dözə bilsin. O dərəcədə vəziyyəti pisdir. Dedi ki, hələ gücüm var vəkillərlə görüşlərə gedirəm. Ola bilsin bir azdan görüşlərə də gedə bilmədim. Heç telefona da yaxınlaşıb, gedə bilməyəcəm.

Amerikanın Səsi: Bildiyimiz qədər Leyla Yunus vəsiyyət də edib, sizinlə telefon danışığında .Vəsiyyəti nə idi?

Dünən ilk dəfədir ki, ölümdən danışdı. Vəsiyyət etdi ki, onu anasının yanında basdıraq.

Azad İsazadə: Dünən ilk dəfədir ki, ölümdən danışdı. Vəsiyyət etdi ki, onu anasının yanında basdıraq. Başa saldı ki, anasının qəbri hardadır və mən onu gedib necə tapım və s. Vəsiyyət elədi ki, bir gündən artıq yas olmasın. Dedi ancaq torpağa basdıandan sonra nə 3, nə 7-i, nə 40, nə də cümə axşamları etməyin. Mənim Bakıda heç kimim yoxdur. Dostlara da çatdırın ki, əziyyət çəkib heç nə etməsinlər.

Amerikanın səsi : Bəs insan hüquqları və azadlıqları barədə vəsiyyəti nə oldu?

Dedi ki məni sındırmaq istəyirlər.

Azad İsazadə: Dedi ki məni sındırmaq istəyirlər. Məni öz yolumdan döndərmək istəyirlər. Bilirsiniz ki, bütün ömrümü bu işə həsr etmişəm. Mən bu yoldan qayıtmağı lazım bilmirəm. Bu dəfə daha sözləri çox emosinal, özü ilə bağlı vəsiyyətlə bağlı idi. Tapşırdı ki, qızını yaddan çıxarmayaq. Arifdən çox narahatdır. Xəbəri ondan çox azdır.

Amerikanın səsi: Yeri gəlmişkən Arif Yunusun vəziyyəti necədir? Onunla əlaqə saxlaya bilirsinizmi?

Vəkilin sözlərinə görə vəziyyəti o qədər də pis deyil. Şəraiti yaxşıdır.

Azad İsazadə: Arif Yunusdan məlumat bir az alıram. Onunla görüşüb və danışa bilən ancaq vəkilidiri. Vəkilin sözlərinə görə vəziyyəti o qədər də pis deyil. Şəraiti yaxşıdır. Axrıncı məlumat məndən kitab sifariş etmişdir. Xahiş eləmişdi ki, yemək aparmıyaq, yalnız meyvə, tərəvəz istəyir.

Amerikanın Səsi: Bu ilin sonunadək siz inanırmısınız ki, beynəlxalq ictimaiyyətin çoxsaylı müraciətlərindən sonra Azərbaycan hökuməti Leyla və Arif Yunusları azadlığa buraxsın?

Leylanın ölümü Azərbaycan üçün bir zərbə olacaq, ziyan olacaq.

Azad İsazadə: Doğrusu axrıncı zəngə qədər inanırdım və ümid var idi. Axrıncı zəngdən sonra qorxuram ki, sadəcə vaxt qalmayacaq ki, qərar qəbul olunsun. Leylada bioloji güc zəifləyir. Qorxuram ki, sağ çıxmasın. Salamatdan getmir söhbət, sadəcə sağ çıxmağı. Leylanın ölümü Azərbaycan üçün bir zərbə olacaq, ziyan olacaq.

Qeyd. Öz növbəsində Penitensira Xidmət Leyla Yunusun səhhətində problem olmadığını bildirir.

XS
SM
MD
LG