Accessibility links

Praqada aksiya: Azərbaycanda qeyri-azadlıq bizi yandırır


Praqada aksiya: Azərbaycanda qeyri-azadlıq bizi yandırır

Praqada aksiya: Azərbaycanda qeyri-azadlıq bizi yandırır

Çexiyanın NESEHNUTÍ təşkilatı Azərbaycandakı siyasi məhbuslara dəstək aksiyası keçirilib

Noyabrın 27-də Azərbaycanın Praqadakı səfirliyinin qarşısında hüquq müdafiəçilərinin həbsinə etiraz olaraq aksiya keçirilib.

Çexiyanın NESEHNUTÍ təşkilatı tərəfindən təşkil edilən aksiya “Azərbaycanda qeyri-azadlıq bizi yandırır”, - adlanıb.

İştirakçılar əllərində məşəl və 100-dən artıq siyasi məhbusun fotolarını tutublar. Onlar Azərbaycan həbsxanalarında olan bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb ediblər.

“Biz Azərbaycan neftini yandırırıq, lakin bu ölkədə qeyri -azadlıq bizi yandırır”,- aksiya iştirakçısı Peter Tkaç bildirib.

NESEHNUTÍ hüquq müdafiəçiləri Rəsul Cəfərov və İntiqam Əliyevin azad edilməsi üçün Azərbaycan prezidentinə müraciət məqsədilə imza toplanışı təşkil edib.

İştirakçılar Avropa Parlamentinin deputatlarını həbsdə olan hüquq müdafiəçilərinin azad edilməsi üçün müraciəti dəstəkləməyə çağırıb.

XS
SM
MD
LG