Accessibility links

Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansı “Bütün siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad edin”


Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansı
Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansı

Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansı hökuməti buna çağırır

Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansı son həftələr vətəndaş cəmiyyəti fəallarının həbsi və onlara qarşı təzyiq dalğası ilə bağlı narahatlıq ifadə edən bəyanat yayıb.

Sənəddə xüsusən AXCP üzvü Hicran Qasımovun “qondarma ittihamla” həbs edildiyi, 74 yaşlı anasının və həyat yoldaşının polisə çağırıldığı, orada onlara fəalın cinayət təqibinə etiraz etdiklərinə görə təzyiq göstərildiyi bildirilir.

Bəyanatda Milli Şuranın son iki mitinqində fəal iştirak etmiş AXCP funksioneri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirlinin qanunsuz narkotik ticarəti ittiham ilə həbsi hakimiyyətin onun atasından qisas almaq cəhdi kimi qiymətləndirilir.

Hüquq müdafiəçisi Elçin Namazovun 15 gün müddətinə inzibati həbsi, onun ofisində axtarış aparılması və sənədlərin müsadirə edilmsəi hüquqşünasın siyasi məhbusları müdafiə etdiyinə görə təqibə məruz qaldığını güman etmək üçün əsas verir.

AXCP Rəyasət Heyətinin üzvü, səhhətində ciddi problemləri olan Qarabağ qazisi Asif Yusiflinin oğurlanması və bir gün sonra “dələduzluq”, “sənədlərin saxtalaşdırılması” ittihamı ilə gizli şəkildə məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsində siyasi çalarlar mövcuddur.

Daha sonra hüquq müdafiəçiləri LeylaYunusun, İntiqam Əliyevin, ReAl lideri İlqar Məmmədovun, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun, jurnalist Əvəz Zeynalovun səhhətinin pisləşməsi və Penitensiar Xidmətin bu problemləri ört-basdır etmək cəhdləri ilə bağlı narahatlıq ifadə olunur.

Həmçinin, Bakı polisi tərəfindən hüquq müdafiəçisi Oqtay Gülalıyevə və onun yetkinlik yaşına çatmamış iki oğluna təzyiq göstərilməsi də pislənir.

Alyans hakimiyyəti fəallara qarşı repressiyalar kampaniyasına son qoymağa, həbs edilmiş fəalların səhhətində yaranmış problemləri aradan qaldırmağa, onlara tibbi yardım göstərməyə, habelə bütün siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG