Accessibility links

Azərbaycanda yeni səfirin namizədliyi üzrə ABŞ Senatında dinləmələr keçiriləcək


Robert Cekuta

Robert Cekuta

Bundan əvvəlki səfir Riçard Morninqstar səlahiyyət müddəti başa çatdıqdan sonra ABŞ-a qayıdıb

Dekabrın 4-də ABŞ Senatında Azərbaycanda yeni səfirin namizədliyinin təsdiqlənməsi məsələsi üzrə dinləmələr keçiriləcək.

Senatın saytının məlumatına görə prezident Barak Obama ABŞ-ın Azərbaycandakı yeni səfiri postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Sekutanın (Robert Francis Cekuta) namizədliyini irəli sürüb.

Səfirin namizədliyi bundan əvvəl ABŞ Senatının Xarici əlaqələr komitəsində müzakirə olunub.

Məlumatda deyilir ki, Xarici əlaqələr komitəsində Makedoniya, Monteneqro və Ermənistanda yeni səfir vəzifələrinə namizədlərin təsdiqlənməsi üzrə dinləmələr də keçiriləcək.

R.Sekuta əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibinin köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb.

O, həmçinin əvvəllər ABŞ-ın Əfqanıstan,Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.

Hazırda ABŞ-ın Azərbaycandakı səfiri postu vakantdır. Bundan əvvəlki səfir Riçard Morninqstar səlahiyyət müddəti başa çatdıqdan sonra ABŞ-a qayıdıb.

XS
SM
MD
LG