Accessibility links

Rusiya “Cənub axını” qaz borusunun tikintisindən imtina edir


 Rusiya “Cənub axını” qaz borusunun tikintisindən imtina edir

Rusiya “Cənub axını” qaz borusunun tikintisindən imtina edir

Rusiya prezidenti “Gazprom” tərəfindən həyata keçirilməli olan “Cənub axını” layihəsinin iflasına görə Qərbi ittiham edib

Rusiya “Cənub axını” qaz borusunun tikintisindən imtina edir.

Bu barədə Türkiyəyə səfəri zamanı Rusiya Federasiyasının prezidenti Vladimir Putin bəyan edib.

Onun sözlərinə görə Avropa Komissiyasının blokadaya aldığı “Cənub axını”nın əvəzinə Türkiyə və Yunanıstan sərhədində başqa qaz borusu çəkiləcək, yeni qaz qovşağı yaratmağı düşünür.

Rusiya prezidenti “Gazprom” tərəfindən həyata keçirilməli olan “Cənub axını” layihəsinin iflasına görə Qərbi ittiham edib.

“Cənub axını” layihəsi üzrə Qara dənizin dibi ilə çəkilməli olan qaz kəməri Cənubi və Mərkəzi Avropaya çıxaraq “Gazprom”a əlavə marşrut verməli idi.

Ankarada Türkiyə prezidenti Recep Tayyip Erdoğanla birgə keçirdiyi mətbuat konfransında Vladimir Putin deyib ki, Bolqarıstan hökumətindən indiyədək icazə alınmadığı üçün layihənin icrasına davam edilməsi mənasız görünür.

“Əgər Avropa bu layihənin davam etdirilməsini istəmirsə, biz onu davam etdirməyəcəyik, Biz enerji ehtiyatlarımızı başqa istiqamətlərə yönəldəcəyik” Putin deyib.

Cənab Putin bildirib ki, “Cənub axını” layihəsini kompensasiya etmək məqsədilə və Avropanın qazla təchizatı üçün Türkiyə-Yunanıstan sərhədində qaz qovşağı yaratmaq istərdi.

"Qazprom”un rəhbəri Aleksey Millerin sözlərinə görə, Moskva və Ankara Qara dəniz vasitəsilə yeni qaz kəmərinin inşası barədə razılığa gəliblər. Kəmərin gücü ildə 63 mlr. kub olacaq. Bu qazın böyük hissəsi Avropa ölkələri üçün nəzərdə tutulub və Rusiya bu həcmin Yunanıstandan keçiriləcəyinə ümid edir.

Rusiya “Cənub axını” layihəsinə 4,66 mlrd. avro sərmayə qoyub. Müxtəlif qiymətləndirmələrə görə, layihənin ümumi dəyəri təxminən 20 mlrd. avro təşkil edib.

XS
SM
MD
LG