Accessibility links

Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansı: “Xədicə İsmayılın həbsi qisasçılıq cəhdidir”


Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansı

Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansı

"Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı jurnalistin həbsini pisləyir

"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı hakimiyyətdən Xədicə İsmayıl daxil olmaqla qondarma ittihamlarla həbsə atdığı bütün siyasi məhbusları dərhal və qeyd- şərtsiz azadlığa buraxmağı, vətəndaş cəmiyyəti fəallarına qarşı yürütdüyü repressiyaları dayandırmağı tələb edir. Bu barəbə qurumun araşdırmaçı- jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı bəyanatında deyilir.

Sənəddə deyilir ki, hakimiyyətin təqib və təzyiqləri ilə üzləşən Xədicə İsmayılın şərlənərək həbs edilməsi onunla bağlı aparılan siyasətin məntiqi nəticəsi və qisasçılıq cəhdi hesab olunmalıdır.

“Çünki hakimiyyət neçə vaxtdır ki, onun fəaliyyətini məhdudlaşdırmaq özünü isə tam neytrallaşdırmaq üçün müxtəlif üsullara əl atır, inhisarında olan təbliğat ruporlarından, idarə etdiyi ictimai- siyasi “fəallardan” onun həbsi üçün istifadə edir, bu istiqamətdə ictimai və hüquqi zəmin hazırlayırdı. Onu gah vətənə xəyanətdə, gah dövlət sirrini yaymaqda, mövzu qıtlığı olanda isə ermənipərəstlikdə ittiham edirdi. Bütün bunlara baxmayaraq araşdırma yazılarından və mübarizəsindən geri çəkilməyən Xədicə İsmayılın şəxsi həyatına müdaxilə edən hakimiyyət onu təhdid və şantaj etməkdən də çəkinmədi”.

Bəyanatda deyilir ki, Xədicə İsmayıl həm də güclü bloger, vətəndaş cəmiyyətinin fəal nümayəndəsidir. “O, ölkədə baş verən önəmli ictimai- siyasi hadisələrə müstəqil vətəndaş mövqeyi göstərir, hakimiyyyətin öz yandaşları vasitəsi ilə vətəndaş cəmiyyətinə qarşı aparılan repressiyaların durdurulması və ifşa olunması üçün cəsarətli çıxışları və bloger yazıları ilə diqqəti cəlb edir”.

Öz növbəsində rəsmi Bakı ölkədə insanların qanun qarşısında bərabər olduğnu bildirir.

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov hesab edir ki, Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və məlumat azadlığı, hər bir vətəndaşın sərbəst şəkildə öz fikirlərini ifadə etmək hüququ tam təmin edilib. “Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılova konkret cinayət əməlində şübhəli bilinib və məhkəmənin qərarı ilə həbs olunub", o qeyd edib.

Bununla yanaşı yerli hüquq müdafiə təşkilatları ölkədə 30-dan 100-dək siyasi məhbusun olduğunu iddia edir. “Amnesty İnternational”Azərbaycanda 30-dan çox insanı vicdan məhbusu elan edib.

XS
SM
MD
LG