Accessibility links

Vaşinqtonda Azərbaycandakı vəziyyət müzakirə olunacaq


Vaşinqton

Vaşinqton

Dinləmələri yanvarın 12-də ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu təşkil edir

2015-ci il yanvarın 12-də Vaşinqtonda ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu Azərbaycandakı repressiyaları müzakirəyə çıxaracaq. Bu barədə məlumat təşkilatın saytında yerləşdirilib.

“Azərbaycanda müstəqil səslərin susdurulması” adı altında keçiriləcək forumla bağlı məlumatda deyilir ki, Azərbaycanda hazırda bu vaxtadək olmayan səviyyədə müxalif düşüncəli insanlara qarşı repressiya siyasəti aparılır.

“Əvvəlki dövrlərdə də Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı vəziyyət yaxşı deyildi. Müxalif düşüncəli insanlara qarşı həbslər, saxlanmalar, onlara qarşı qara piar kampaniyalarının aparılması çox geniş miqyas alıb. Görkəmli jurnalistlərin, hüquq müdafiəçilərinin, siyasi fəalların həbsi qorxulu vəziyyət yaradıb. Azərbaycanda aparılan repressiya siyasəti qonşuluqda yerləşən ölkələrdə də eyni tipli siyasətin aparılması ilə nəticələnə bilər. Yaranmış vəziyyət bizi, belə bir tədbiri təşkil edərək, Azərbaycandakı mövcud şəraiti və çıxış yollarını müzakirə etməyə vadar edir”, məlumatda bildirilir.

Dinləmələrdə Massaçusets Universitetinin professoru Odri Alştadt, ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melia, “Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu, NED-in Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy və təşkilatda Reagan-Fascell Demokratiya tədqiqatçısı Altay Göyüşovun çıxışları gözlənilir.

XS
SM
MD
LG