Accessibility links

Milli Şura: Dustağın qətli rejimin kriminallaşmasının göstəricisidir


Milli Şura
Milli Şura

Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayıb

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) 14 saylı cəzaçəkmə müəssisəsində gərginliyi pisləyən bəyanat yayıb.

Sənəddə keçən il dekabrın 22-də bu həbsxanada məhkum Elşad Babayevin işgəncə ilə qətlə yetirilməsindən sonra gərginliyin hələ də davam etməsinə diqqət çəkilir. Dustaqların bu qətlə etirazlarına cavab olaraq həbsxanaya qoşun yeridilməsi, yüzlərlə məhbusun işgəncəyə məruz qalması qeyd edilir. Bir çox dustaqlar “kars”a (cəza kamerası) salınıb, bir çoxları “tubzon” adlı zonada saxlanılır, məhbuslara yaxınları ilə görüş verilmir. Sənəddə dustaqların bu əraziyə işgəncələri ört-basdır etmək məqsədilə aparıldığı deyilir.

Bəyanatda məhkum E.Babayevin Penitensiar Xidmətin əməkdaşları tərəfindən qətlə yetirilməsi adi hadisə kimi yox, Əliyev rejiminin ölkə vətəndaşına münasibətinin göstəricisi, ölkədəki rejimin kriminallaşması kimi dəyərləndirilir.

Milli Şurası dustaq E.Babayevin Penitensiar Xidmətin əməkdaşları tərəfindən işgəncə verilərək qətlə yetirilməsini, qatillərinin hələ də tapılmamasını, etiraza qalxan dustaqlara zorakılıq və işgəncələri pisləyir , ”kars”a salınan, “tubzon”da saxlanılan dustaqlara yaxınları ilə görüş verilməsini tələb edir.

Öz növbəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov jurnalistlərə açıqlamasında bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Hadisə ilə bağlı, eləcə də məhkum Elşad Babayevin vəfatı ilə əlaqədar Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. İctimaiyyətə bu haqda rəsmi məlumat veriləcək”, o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG