Accessibility links

Qamət Süleymanov: Fransada törədilən terror aktını qəti şəkildə pisləyirəm


Qamət Süleymanov
Qamət Süleymanov

Fəaliyyəti dayandırılan Əbu-Bəkr dini icmasının rəhbəri Fransadakı terrorun dindarlara aidiyyatının olmadığını bildirib

Mən Fransada törədilən terror aktını qəti şəkildə pisləyirəm. Fəaliyyəti dayandırılan Əbu-Bəkr dini icmasının rəhbəri Hacı Qamət Süleymanov bunu Turan-a şərhində bildirib.

“Terrorun islamla hər-hansı əlaqəsi yoxdur və islam din olaraq birmənalı şəkildə terrorun əleyhinədir”, Q.Süleymanov qeyd edib.

O, bu hadisəyə qədər Almaniyada anti-islami aksiyalar olmasını xatırladaraq, Fransadakı terrorun arxasında hansısa siyasi niyyətlərin də ola biləcəyini istisna etməyib.

“Amma hansı şəkildə olursa-olsun, biz terroru pisləyirik və bunu insanlığa qarşı cinayət hesab edirik”, Q.Süleymanov bildirib.

O, eyni zamanda dini müqəddəslərin aşağılanmasının da yolverilməz olduğunu vurğulayıb. Onun fikrincə, əslinə qalarsa, Məhəmməd peyğəmbər əleyhinə karikaturalar radikalların canlanmasına səbəb olub, radikalların əlinə bəhanə verilib.

“Radikallar maraqlıdırlar ki, məscidlər bağlansın, müsəlmanlara təzyiq edilsin, çünki bu hallar onlar üçün meydan açır və özlərini “xilaskar kimi göstərə bilirlər”.

Hadisələrin bundan sonrakı inkişafına toxunan Q.Süleymanov Avropadakı müsəlmanların sıxışdırılmaya məruz qalacaqlarını bəyan edib. Avropada güclü antiisilam hərəkatı başlana biləcəyini də istisna etməyib. Ona görə, Avropada dini zəmində onsuz da yaşanan gərginlik daha da arta bilər. O, ad çəkmədən hətta bəzi dövlətlərin bunda maraqlı olduğunu, bu hadisələri daha da qızışdırdıqlarını söyləyib. Bundan sonra müsəlmanların Avropaya gedə bilmələrinin daha da çətinləşəcəyi nəzərə çatdırılıb.

Müsəlman dünyasının radikallara qarşı mübarizəsinə gəlincə, Q.Süleymanova görə, bu məsələdə təkcə müsəlman ölkələri deyil, bütün dünya maraqlı olmalıdır. Amma dünyanın aparıcı dövlətlərinin islam dövlətlərinə münasibəti göstərir ki, indiki halda radikallığa qarşı mübarizə başlansa belə, səmərəsiz qala bilər.

Onun fikrincə, İraqda, Liviyada, Misirdə, Əfqanıstanda, Pakistanda baş verən hadisələr radikallığı “zərurətə” çevirdi. Q.Süleymanov bu radikallıq “ocaqları” söndürülməyincə “radikallığın cazibədar” qalacağı proqnozu verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG