Accessibility links

Daha bir konqresmen Xədicə İsmayılovanın azad edilməsinə çağırıb


Dana Rohrabaher

Dana Rohrabaher

Bundan öncə də bir neçə Amerika konqresmeni X.İsmayılovanın azad edilməsinə çağırıb

ABŞ-ın Nümayəndələr Palatasının üzvü, Avropa və Avrasiya üzrə alt komitənin sədri Dana Rohrabaher “Azadlıq” radiosuna qarşı təzyiqləri pisləyib.

Onun bəyanatında deyilir:

“Azərbaycan dünyanın bu vacib hissəsində Amerikanın dəyərli müttəfiqidir. Ancaq hökumətin “Azadlıq” radiosuna qarşı son hərəkətləri bu münasibətlərin möhkəmlənməsinə xidmət etmir.

Araşdırmaçı jurnalist Xədicə İsmayılovanın həbsi və daha sonra “Azadlıq” radiosunun ofisində aparılan axtarış hökumətin azad media və ictimai fikri məhdudlaşdıran hərəkətləri sırasında sonuncudur", konqresmen vurğulayıb.

Konqresmen ümidvar olduğunu bildirib ki, ABŞ-ın Azərbaycanla münasibətlərinə dair dinləmələr keçiriləcək. Bu dinləmələr narahatlıq doğuran və əməkdaşlığın güclənməsinin vacib olduğu sahələrin müəyyənləşməsinə yardım edəcək.

Rorabaher X.İsmayılovanı azad etməyə çağırıb.

“Belə bir hərəkət düzgün istiqamətdə addım və Azərbaycanın müsbət niyyətlərinin əlaməti olar", bəyanatda qeyd olunur.

Bundan öncə də bir neçə amerikalı konqresmen də X.İsmayılovanın azad edilməsinə çağırıb.

Dekabrın 5-də AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova həbs olunub. Radionun Bakı bürosunda dekabrın 26-da axtarış aparılıb, ofis möhürlənib. Daha sonra radionun çoxsaylı əməkdaşı istintaqa çağırılıb.

XS
SM
MD
LG