Accessibility links

AŞPA-nın qış sessiyası açılıb


Avropa Şurası Parlament Assambleyası (AŞPA)

Avropa Şurası Parlament Assambleyası (AŞPA)

Strasburqda yanvarın 30-dək davam edəcək Avropa Şurası Parlament Assambleyasının qış sessiyası bu gün öz işinə başlayıb.

Sessiyanın gündəliyində Ukraynada humanitar durum, Parisdəki terror aktları və Avropada söz azadlığının müdafiəsi məsələləri durur. Söz azadlığı üzrə müzakirəlr yanvarın 30-da Bakı vaxtı ilə saat 13:00-dan başlaması gözlənilir.

Xatırladaq ki, ifadə azadlığı üzrə qətnamənin layihəsində Azərbaycanda media azadlığının durumundan xüsusi narahatlıq ifadə edilir.

Sənəddə ölkənin yüksək rütbəli şəxslərinin korrupsiya faktlarını araşdırdığna ğrörə həbs edilmiş jurnalist Xədicə İsmayılın işi yada salınır.

Qətnamədə rəsmi Bakıya onu və digər jurnalistləri dərhal azad etməyə və onların təqib olunmasına son qoymağa çağırış edilir.

Bundan əlavə, qətlə yetirilən mətbuat nümayəndələri sırasında azərabycanlı jurnalistlər Elmar Hüseynov və Rafiq Tağının adları çəkilir.

AŞPA həmçinin Rusiya nümayəndə heyətinin səlahiyyət məsələsinə baxmağı da nəzərdə tutur. AŞPA-nın 2014-cü il aperl sessiyasında Rusiya nümayəndə heyətinin 2015-ci ilin yanvaına kimi səsvermə hüququndan məhrum olunub və Krımın işğalı ilə bağlı Rusiya Assmbleyanın bütün rəhbər orqanlarından xaric edilib.

Bazar günü Strasburqa gələn Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin AŞPA rəhbəri Ann Brasserin Ukrayna hərbçisi Nadejda Savçenkonun azad edilməsi xahişinə cavab verib. S.Narışkin Donbasda iki jurnalistin həlak olmasında təqsirli bilinən N.Savçenkonun ancaq məhkəmə onu günahkar bilmədiyi halda azad oluna biləcyini söyləyib.

A.Brasser Ukrayna parlamentinə seçilən Savçenkonun Strasburqda AŞPA-nın sessiyasının açılışna qədər azad olunmasında israr edirdi.

XS
SM
MD
LG