Accessibility links

Qurum tərəfləri münaqişəni danışıqlar yolu ilə nizamlamağa çağırır

"ATƏT-in Parlament Assambleyası Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması ilə əlaqədar narahatlığını bildirərək, tərəfləri maksimum təmkinli olmağa və Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinə sadiq qaldıqlarını nümayiş etdirməyə çağırır". Bu barədə Trend agentliyinə ATƏT PA-nın kommunikasiyalar bölməsinin direktoru Riçard Solaş bildirib.

Onun sözlərinə görə, ATƏT-in Parlament Assambleyası dəfələrlə münaqişənin dinc, diplomatik yolla həllinə öz dəstəyini ifadə edib. "ATƏT PA Minsk qrupunun gərginliyin azalması və münaqişənin dinc yolla həlli üzrə səylərini dəstəkləyir".

Xatırladaq ki, son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik artmaqda davam edir. Hər iki tərəfdən itkilər var. Tərəflər bir-birini hədləyici bəyanatlarla çıxış etməkdədir.

XS
SM
MD
LG