Accessibility links

Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Görüşdə Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi ATƏT Minsk qrupunun həmsədrləri qarşısında qaldırılıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya işgüzar səfəri çərçivəsində yanvarın 27-də Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ATƏT-in Minsk qrupunun qarşıdan gələn dövr üçün nəzərdə tutulmuş fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.

Münaqişənin həllinə dair Azərbaycanın mövqeyini bir daha vurğulayan nazir, ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Görüş əsnasında Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi ATƏT-in Minsk qrupunun həmsədrləri qarşısında qaldırılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG