Accessibility links

AŞPA rəhbəri Bakını insan hüquqlarına hörmətlə yanaşmağa çağırıb


Avropa Şurası Parlament Assambleyasının prezidenti Enn Braser
Avropa Şurası Parlament Assambleyasının prezidenti Enn Braser

Enn Braser hüquq müdafiəçiləri Leyla və Arif Yunusların qızı Dinara ilə görüşündən də yazıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Enn Braser Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsindən narahatdır. Bu barədə o, özünün Twitter səhifəsində qeyd edib.

“Mən Azərbaycanda insan haqlarının pisləşməsindən ciddi narahatam və Azərbaycan hakimiyyətini bir daha öhdəliklərinə hörmət etməyə çağırıram”, o yazıb.

AŞPA prezidenti hüquq müdafiəçiləri Leyla və Arif Yunusların qızı Dinara Yunusla görüşündən də yazıb.

Yanvarın 27-də Avropa Şurasında “Azərbaycanda mətbuata basqılar” adlı müzakirələr keçirilib. Müzakirədə Avropa Şurası insan haqları komissarı Nils Muijnieks çıxış edib.

“Azadlıq” radiosunun məlumatına görə, komissar çıxışında Azərbaycanda insan haqlarının vəziyyətinin getdikcə daha dərin narahatlıqlara səbəb olduğunu deyib.

O bildirib ki, Avropa Şurası ilə əməkdaşlıq edən şəxslərə qarşı təzyiqlər var. Nils Mujnieks bunu qisas adlandırıb.

“Bu, Avropa Şurası ilə əməkdaşlıq edənlərdən alınan qisasdı. Jurnalist və hüquq müdafiəçilərinin Avropa Şurası ilə əməkdaşlığı və onlara hücumlar arasında əlaqə açıq- aydın görünür. Məhz bu səbəbdən bu, birbaşa olaraq Avropa Şurasının problemidir”, o vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG