Accessibility links

Oqtay Əsədov: Biz sanksiyalar əvəzinə, dialoqun tərəfdarıyıq


Oqtay Əsədov

Oqtay Əsədov

Spiker Azərbaycanın Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinə səs verməsi ilə bağlı fikirlərə aydınlıq gətirib

"Biz sadəcə sanksiyalar əvəzinə, dialoqun tərəfdarıyıq". Bunu Milli Məclisin spikeri Oqtay Əsədov fevralın 2-də parlamentin yaz sessiyasının ilk iclasında deyib. Spiker Azərbaycanın Avropa Şurasının Parlament Assamableyasında Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinə səs verməsi ilə bağlı fikirlərə aydınlıq gətirib.

APA agentliyinin məlumatına görə, spiker deyib ki, rəsmi Bakı bütün hallarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək:

"Ancaq biz sanksiyalara qoşulmuruq, bunun əleyhinəyik. Guya deyirlər ki, Azərbaycan işğalçıya dəstək verir, işğalçıya haqq qazandır və sair. Xeyr. Bu, qətiyyən belə deyil. Biz, sadəcə, sanksiyalar əvəzinə, dialoqun tərəfdarıyıq. Necə ki, elə həmin Avropa Dağlıq Qarabağ məsələsində ermənilərə sanksiya tətbiq etmək əvəzinə, ancaq bizə dialoq təklif edir. Biz də onlara elə onların öz variantlarını hər yerdə eyni tətbiq etməyi təklif edirik. Bu o demək deyil ki, Ukrayna ilə bağlı nəsə mənfi mövqedəyik. Biz bütün mənalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik", Azərbaycan Milli Məclisinin sədriqeyd edib.

XS
SM
MD
LG