Accessibility links

Dağlıq Qarabağ münaqişəsi nəticəsində dəymiş zərərin məbləği hesablanıb


Dağlıq Qarabağdan görüntülər (Foto - Sergey Ponomarev for The New York Times)

Dağlıq Qarabağdan görüntülər (Foto - Sergey Ponomarev for The New York Times)

Azərbaycanın tarix və mədəniyyət abidələri üzrə dəyən zərər 177 milyard, əhalinin mülkiyyətinə dəyən zərər isə 55.4 milyard ABŞ dollarıdır

Dağlıq Qarabağ münaqişəsi nəticəsində indiyədək Azərbaycana dəymiş zərərin məbləği hesablanıb.

Trend agentliyinin məlumatına görə, Dağlıq Qarabağ ərazisinin və ətraf 7 rayonun işğalı nəticəsində Azərbaycanın tarix və mədəniyyət abidələri üzrə dəyən zərər 177 milyard, əhalinin mülkiyyətinə dəyən zərər isə 55.4 milyard ABŞ dollarıdır.

Hesablamanı «MBA LTD» Qiymətləndirmə şirkətinin prezidenti, Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanması üzrə İşçi Qrupunun üzvü Nüsrət İbrahimov "Müasir Azərbaycanın unikal inkişaf modeli və tarixi erməni təcavüzünün beynəlxalq qiymətləndirilməsinin reallıqları" mövzusunda konfransda deyib.

N.İbrahimov əlavə edib ki, Azərbaycanın yerüstü və yeraltı təbii sərvətlərinin talan edilməsi nəticəsində dəymiş birbaşa və dolayı zərərlərin 190 milyard ABŞ dollarından artıq olacağı heç kəsdə şübhə doğurmur.

Onun dediyinə görə, Azərbaycanın itkiləri təcavüzün davam etdiyi müddətdə ilbəil artır.

XS
SM
MD
LG