Accessibility links

Müxalifət fəalının oğlu barədə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub


Sənan Daşdəmirli

Sənan Daşdəmirli

Sənan Daşdəmirli narkotik saxlamaqda ittiham olunur. O ittihamı qəbul etmir

Azərbaycan Xaalq Cəhbəsi Partiyasının (AXCP) Təşkialt Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğluSənan Daşdəmirli barəsində həbs qəti imkan tədbiri ev dustaqlığı iklə əvəz edilib.

Rafiq Daşdəmirli Amerikanın Səsinə bildirib ki, fevralın 17-də oğlunun barəsaində seçilən 3 aylıq həbs qətimkan tədbiri başa çatırdı . Bu gün Nərimanov rayon Məhkəməsi həbs qətimkan tədbirini 2 aylıq ev dustaqlığı ilə əvəz edib.

Rafiq Daşdəmirlinin sözlərinə görə, Sənan Daşdəmirlıi xəsətədir və cərrahi əməliyata ehtiyacı var. Onun həm də bu günlərdə uşağı dünyaya gəlib. Məhkəmə bu amilləri nəzərə alaraq onun barəsində həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

Sənan Daşdəmirli 2014-cü il noyabrın 17-də saxlanılıb və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Növbəti gün məhkəmə onu 3 ay müddətinə həbs edib.

O Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- külli miqdarda) ilə ittiham irəli sürülüb və gənc 12 ilə qədər azadlıqdan məhrum edilə bilər. İstintaqın məlumatına görə, S.Daşdəmirli saxlanılarkən üzərindən 3,2 qram heroin götürülüb. Lakin gəncin sözlərinə görə, narkotiki onun üzərinə polis əməkdaşları özləri atıblar.

XS
SM
MD
LG