Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi 21 Misir vətəndaşının terrorçular tərəfindən qətlə yetirilməsini pisləyir


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi 21 Misir vətəndaşının terrorçular tərəfindən qətlə yetirilməsini pisləyir.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Misir xalqına və qətlə yetirilən şəxslərin ailələrinə dərin hüznlə baş sağlığı verilir.

Həmçinin, Azərbaycanın terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyi, terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəklədiyi vurğulanır.

«İslam Dövləti» (İD) yaraqlıları 21 misirli xristianın başının kəsildiyini göstərən video yayıb.Xristian fəhlələr dekabr və yanvarda işləməyə getdikləri Liviyada oğurlanıblar. İD-nin yaydığı videoda narıncı geyinmiş misirlilərin qolları bağlanıb, qarageyimli və maskalı şəxslər onlardan azı 10-nun başını kəsir.

XS
SM
MD
LG