Accessibility links

Vəkil deyir ki, həbs müddətinin uzadılmasına heç bir əsas yoxdur, çünki heç bir istintaq hərəkəti aparılmır

Fevralın 18-də Nəsimi Rayon Məhkəməsi həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun həbs müddətinin daha 5 ay uzadılması ilə bağlı qərar çıxarıb.

Bu barədə vəkil Elçin Qəmbərov jurnalistlərə bildirib.

Məhkəmə bu qərarı Leyla Yunus haqda seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi təqdimata əsasən çıxarıb.

Onun fikrincə, həbs müddətinin uzadılmasına heç bir əsas yoxdur, çünki heç bir istintaq hərəkəti aparılmır.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus ötən il iyulun 30-da 3 aylıq həbs olunub. Oktyabrın 24-də həbs müddəti daha 4 ay uzadılıb. Bu il fevralın 28-də həmin müddət başa çatacaqdı.

Leyla Yunus dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunur.

Hüquq müdafiəçisi həbsini siyasi sifariş hesab edir.

Amnesty İnternational onu "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG