Accessibility links

“Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafında müstəsna xidmətləri, çoxlu sayda siyasi məhbusun azadlığa çıxmasında əməyi olan bir ictimai xadimə, hüquq müdafiəçisinə, mövqeyli vətəndaşına və ən nəhayət anaya qarşı törədilən qanunsuzluqları pisləyir və onun dərhal azadlığa buraxılmasını tələb edirik“.

Bu barədə Leyla Yunus və digər siyasi məhbusların hüquqlarını ictimai müdafiə komitəsinin bəyanatında deylir.

Bəyanatda xatırlanır ki, fevralın 18-də Nəsimi Rayon Məhkəməsi saxta ittihamlar və siyasi mülahizələrlə həbs edilmiş tanınmış hüquq müdafiəçisi Leyla Yunusun həbs müddətinin daha 5 ay uzadılması barədə qərar çıxarıb.

Sənəddə Avropa İnsan Hüquqları Məhkəməsinin L.Yunusun işinə prioritet qaydada baxmaq haqqında qərar qəbul etməsi qeyd edilir.

Həmçinin bəyanatda L.Yunusun həyat yoldaşı, tarixçi alim Arif Yunusun həbsinə toxunulur.

“XXI əsrdə Azərbaycanda Stalin repressiyası sindromu zühur etməkdədir”, sənəddə deyilir.

Leyla Yunus 2014-cü il iyulun 30-da həbs olunub. O, dövlətə xəyanətdə və bir sıra iqtisadi cinayətlər törətməkdə ittiham olunur. L.Yunus ittihamları rədd edərək onları siyasi motivli sayır.

Amnesty İnternational L.Yunusu “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG