Accessibility links

Arif Yunusun həbs müddəti daha 5 ay uzadılıb


Arif Yunus
Arif Yunus

Müdafiə tərəfi apellyasiya şikayəti vermək niyyətindədir

Bu gün Nəsimi Rayon Məhkəməsi dövlətə xəyanətdə ittiham olunan konfliktoloq Arif Yunusun həbs müddətini daha beş ay – 2015-ci il avqustun 5-dək uzadıb.

Bu barədə Amerikanın Səsinə vəkil Əfqan Məmmədov bildirib.

O, məhkəmənin qərarını əsassız hesab edir. Müdafiə tərəfi apellyasiya şikayəti vermək niyyətindədir.

O həmçinin qeyd edib ki, A.Yunus ifadə verməkdən imtina edir.

A.Yunus 2014-cü il avqustun 5-də, hüquq müdafiəçisi, həyat yoldaşı Leyla Yunusun həbsindən bir neçə gün sonra həbs olunub.

Onlar Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar. Lakin Leyla və Arif Yunuslar ittihamları rədd edərək onları uydurma və siyasi motivli hesab edirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG