Accessibility links

Azərbaycan XİN: Minsk qrupunun formatında dəyişikliyə ehtiyac yoxdur


Hikmət Hacıyev
Hikmət Hacıyev

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə deyib

"Türkiyə və Almaniyanın ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik missiyasına cəlb edilməsi məsələsi gündəlikdə yoxdur."

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə deyib.

Onun sözlərinə görə, münaqişənin nizamlanması üzrə əsas missiya Fransa, Rusiya və ABŞ-ın üzərinə düşür və hazırda Minsk qrupunun formatının dəyişdirilməsinə ehtiyac yoxdur.

H.Hacıyev qeyd edib ki, Ermənistana təzyiq etməyin, ona qarşı sanksiyalar tətbiq etməyin və deskrutiv mövqedən imtina etməyin vaxtı çatıb: "ATƏT-in Minsk qrupunun həmsədrləri bu istiqamətdə işləməlidirlər".

XS
SM
MD
LG