Accessibility links

Vəkil Bəşir Süleymanlının zorla başını qırxıldığını deyir


Bəşir Süleymanlı

Bəşir Süleymanlı

Penitensiar Xidmət məlumatla bağlı hələlik mövqe bildirməyib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlının təcridxanada başını zorla keçəl qırxıblar.

Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazır.

O, bunu Süleymanlıya qarşı qanunsuz hərəkət kimi qiymətləndirir.

“Bu Cəzaların İcrası Məcəlləsinə və daxili nizam qaydalarına tamamilə ziddir. Bununla bağlı Penitensiar Xidmətin rəhbərliyinə müraciət edəcəyik onun cavabından asılı olaraq məhkəməyə müraciət edəcəyik. Bu insan ləyaqətini alçaldan rəftardır”, o qeyd edib.

Bəşir Süleymanlı 3 il 6 ay azadlıqdan məhrum ediliob. O Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 192.2.2 (mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq), 213.1 (vergidən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham olunur.

O, ittihamları qəbul etmir və sifariş hesab edir. Süleymanlı “vicdan məhbusu” elan edilib.

Penitensiar Xidmət məlumatla bağlı hələlik mövqe bildirməyib.

XS
SM
MD
LG