Accessibility links

Konyada Türkiyənin təlim təyyarəsi qəzaya uğrayıb


Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin 'Turaz Şahini 2015' birgə təlimləri zamanı bir Türkiyə Hərbi Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin 'Turaz Şahini 2015' birgə təlimləri zamanı bir Türkiyə Hərbi Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin 'Turaz Şahini 2015' birgə təlimlər keçirir

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin 'Turaz Şahini 2015' birgə təlimləri zamanı bir Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Türkiyənin Doğan Haber Ajanslığı (DHA) məlumat verib.

Agentliyn məlumatına görə hadisə bu gün səhər saat 09:50 saatlarında Orta Qonaq məhləsi yaxınlığında baş verib. Qəzaya uğrayan təlim təyyarəsi F-4 markalı olub.

Türkiyə Silahlı Qüvvələri qəzaya uğrayan iki pilotun öldüyünü təsdiqəyib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbçiləri təlimlərdə tam heyətlə iştirak edir və hər hansı itki yoxdur.

Konyada Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimi başlayıb. Təlim “TURAZ Şahini 2015” adlanır.

Təlimin məqsədi qarşılıqlı uçuş bacarığı və vərdişlərini daha da inkişaf etdirməkdir.

Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyənin Konya şəhərində yerləşən aviabazaya gəlib.

Eyni zamanda "İŞIK-2015" beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri də təlim keçiriləcək Konyadakı aviabazaya yollanıb.

Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı bir sıra ölkələrin Hərbi Hava Qüvvələrinin vasitələri müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqları yerinə yetiriləcəklər.

Təlimlər aprelin 13-dək davam edəcək.

XS
SM
MD
LG