Accessibility links

Martın 6-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupu Ağdərə-Tərtər istiqamətində qoşunların təmas xəttindəki mövqelərinə basqın etməyə cəhd göstərib.

Cəbhə xətti

Cəbhə xətti

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı, görülən qabaqlayıcı tədbirlər və atəş gücü vasitəsilə endirilən ağır zərbədən sonra itki verən ermən tərəfi silah və sursatı ataraq geri qaçmağa məcbur edilib.

Döyüş zamanı bir hərbi qulluqçu çavuş Dəyanət Zahidov sağ əlindən yüngül yaralanıb.

Erməni tərəfi isə Azərbaycan hərbçilərinin onların mövqelərinə hücum etdiyini və itki verərək geri çəkildiyini bildirir.

XS
SM
MD
LG