Accessibility links

AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi Azərbaycana səfər edəcək


AŞPA

AŞPA

Səfərin məqsədi Dağlıq Qarabağla bağlı məruzə hazırlamaqdır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Volter martın 12-13-də Azərbaycana faktaraşdırıcı səfər edəcək.

AŞPA-nın saytının məlumatına görə, səfərin məqsədi Dağlıq Qarabağla bağlı məruzə hazırlamaqdır.

O, prezident, Milli Məclisin sədri və Xarici İşlər, Ədliyyə və Müdafiə nazirləri ilə görüşəcək.

R.Volterin həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, qaçqın və məcburi köçkünlərlə görüşü planlaşdırılır.

XS
SM
MD
LG