Accessibility links

Pakistanın prezidenti Azərbaycana gəlir


President of Pakistan Mamnoon Hussain

President of Pakistan Mamnoon Hussain

Məmnun Hüseyn Azərbaycana prezident İlham Əliyevin dəvəti ilə gəlir

Pakistan prezidenti Məmnun Hüseyn martın 11-14-də Azərbaycana rəsmi səfərə gələcək.

Pakistan radiosunun məlumatına görə, Məmnun Hüseyn Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə gəlir.

Pakistan prezidentini rəsmi şəxslər və biznesmenlərdən ibarət böyük nümayəndə heyəti müşayiət edəcək.

Onların arasında Pakistan Nazirlər Kabinetinin üzvləri, yüksək çinli məmurlar, energetika sektorunda çalışan böyük şirkətlərin nümayəndələri, yüngül sənaye və digər sahələri təmsil edən iş adamları var.

Danışıqlar zamanı əsas diqqət iqtisadiyyat, ticarət, təhsil, müdafiə, elm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına yönələcək.

Danışıqların yekunu olaraq 4 sənəd imzalanacaq.

Pakistan prezideninin səfəri zamanı həmçinin biznes forumu keçiriləcək.

Pakistan prezidenti M. Hüseyn Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya 10 il ərzində Pakistana humanitar yardım sahəsindəki xidmətlərinə görə Pakistanın ali «Hilal-e Pakistan» ordenini təqdim edəcək.

XS
SM
MD
LG