Accessibility links

Nils Mujnieks Avropa Məhkəməsinə İntiqam Əliyevin işi üzrə qeydlərini göndərib


Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks
Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks

Avropa Şurasının insan haqları komissarı Nils Mujnieks Avropa İnsan Haqları Məhkəməsinə hüquqşünas İntiqam Əliyevin işi üzrə qeydlərini göndərib.

Qeydlər martın 18-də yayılıb.

Komissar 50 bənddən ibarət qeydlərində vurğulayır ki, Azərbaycanda insan haqları müdafiəçilərinin vəziyyətindən böyük narahatlıq keçirir. Belə ki, ölkədə tənqidi səslərə qarşı hüquqi qısnama geniş yayılmış fenomenə çevrilib. Komissar dəfələrlə hesabatlarında və müşahidələrində bu məsələni hakimiyyətin diqqətinə çatdırdığını yada salır.

Komissar ötən ilin oktyabrında hüquqşünas İntiqam Əliyevlə Kürdəxanı təcridxanasında görüşünü xatırladır.

Muijnieks inanır ki, bu iş Azərbaycanda ciddi və sistematik insan haqları probleminin təcəssümüdür və bu problem Komissarın və digər beynəlxalq tərəflərin saysız cəhdlərinə baxmayaraq indiyədək həll olunmamış qalır:

“Azərbaycana səfərləri və davamlı monitorinq vasitəsilə Komissar Azərbaycanda ifadə, toplaşma və birləşmə azadlıqları sahəsində bir sıra qüsurlar üzə çıxarıb. Komissar belə bir qənaətə gəlib ki, Azərbaycan bu azadlıqların təminatını tələb edən beynəlxalq öhdəliklərinə əməl etmir. İfadə azadlığı ilə əlaqədar Komissar hakimiyyəti bu hüquqa hörmət etməyə və ifadə etdikləri fikirlərinə görə saxlananları azadlığa buraxmağa çağırıb”.

Komissar həbs qətimkan tədbirinin Azərbaycanda qabaqlayıcı tədbir kimi tətbiqindən də ciddi narahatlığını bildirir. “Həbs qətimkan tədbiri narazı fikir bildirənlərə qarşı bir cəza alətidir”.

Komissar İntiqam Əliyevin işindən sonra növbəti dəfə Anar Məmmədli, Rəsul Cəfərov, Leyla və Arif Yunusların işi üzrə qeydlərini Avropa məhkəməsinə aparılacağını bildirib.

“Bu repressiyalar dərhal dayandırılmalı və baxışlarına və ya qanuni vətəndaş fəaliyyətinə görə həbs olunanlar azadlığa buraxılmalıdır,” Komissar vurğulayır. ​

Bu, komissarın Azərbaycanla bağlı Avropa Məhkəməsinin işinə ikinci müdaxiləsidir.

Fevralın 24-də Komissar «Tolişi sədo» qəzetinin həbsdə olan baş redaktoru Hilal Məmmədovun işi ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müşahidələrini təqdim etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG