Accessibility links

Robert Sekuta : Azərbaycanın vətəndaş cəmiyyətinin fikirləri öyrənilməli və birlikdə iş aparılmalıdır [Video]


Onun sözlərinə görə, dörd sahə üzrə dialoq aparılması qərarlaşdırılıb

“ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın səfəri ərzində bir sıra, eyni zamanda ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə edilib”.

Bunu səfir R.Sekuta Amerikanın Səsinin sualına cavabında deyib.

Onun sözlərinə görə, dörd sahə üzrə dialoq aparılması qərarlaşdırılıb:

“Bunlar demokratiya və vətəndaş cəmiyyəti, iqtisadiyyat və enerji, sonuncusu isə təhlükəsizlikdir. Xanım Nuland Vaşinqtona qayıtdıqdan sonra xüsusilə demokratiya və vətəndaş cəmiyyəti sahəsində hansı addımların atıla biləcəyi barəsində işlər aparılmağa başlanılıb.

Yəni hazırda biz öz fikirlərimizi Azərbaycan tərəfinə təqdim edəcəyik və qarşı tərəfin fikirlərini öyrənəcəyik. Eyni zamanda hesab edirəm ki, burada Azərbaycanın vətəndaş cəmiyyətinin fikirləri öyrənilməli və onlarla da birlikdə iş aparılmalıdır".

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanlı girovların qaytarılmaması məsələsini də şərh edib:

“Mən çıxışlarımda dəfələrlə bəyan etmişəm ki, durğunluq vəziyyətindən çıxış imkanı əldə etmək, irəliyə doğru addım atmaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində humanitar jest nümayiş etdirmək baxımından fürsət yaranıb”, deyə səfir qeyd edib.

XS
SM
MD
LG