Accessibility links

AŞPA-nın məruzəçisi Bakıya gələcək


AŞPA-nın həmməruzəçisi Pedro Aqramunt

AŞPA-nın həmməruzəçisi Pedro Aqramunt

Avropa Şurası Parlament Assambleyasınlın (AŞPA) üzvü, ispaniyalı deputat Pedro Aqramunt aprelin 8-9-da Bakıya səfər edəcək. Bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.

Onun missiyasının məqsədi AŞPA komitəsi üçün “Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqlarına hörmət üzrə hansı tədbirlər görülüb?” mövzusunda hüquq məsələləri və insan hüquqları üzrə məruzə hazırlamaqdır.

Səfər proqramına Aqramuntun ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri və bir sıra digər hakimlərlə görüşləri daxildir. Bundan başqa, Aqramunt insan hüquqları üzrə İşçi Qrupla, habelə Prezident Administrasiyasının rəhbəri ilə görüşəcək.

Məruzənin hazırlanmasını Aqramunta AŞPA komitəsi hələ 2014-cü ilin iyununda, yerli fəalların siyasi məhbuslar problemləri ilə bağlı müraciətindən sonra tapşırıb.

Bu, Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyinin başlandığı ilə eyni vaxta təsadüf edib.

Yerli hüquq müdafiəçiləri hesab edir ki, Azərbaycanın sədrliyi dövründə ölkədə insan hüquqları sahəsində vəziyyət nəinki yaxşılaşmayıb, əksinə, pisləşib: Avropa Şurasına siyasi məhbuslar problemi haqqında məlumat verən hüquq müdafiəçiləri - İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla Yunus həbs edilib. Daha bir hüquq müdafiəçisi Emin Hüseynov əsassız cinayət təqibindən xilas olmaq üçün İsveçrə səfirliyində gizlənmək məcburiyyətindədir.

2014-cü ilin sonlarında həbs edilmiş hüquq müdafiəçilərinin işini davam etdirən jurnalist Xədicə İsmayılova da həbs edilib.

XS
SM
MD
LG