Accessibility links

Əli Kərimli: İranın Qərblə razılaşması Azərbaycandakı rejimin manevr imkanlarını azaldacaq


Əli Kərimli: Aksiya yüksək səviyyədə keçiriləcək

Əli Kərimli: Aksiya yüksək səviyyədə keçiriləcək

AXCP sədri Qərb-İran razılaşmasının Azərbaycana təsirlərini təhlil edib

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Әli Kərimli Qərb-İran razılaşmasının Azərbaycana təsirlərini təhlil edib. Kərimlinin Facebook səhifəsində yaydığı təhlilini təqdim edirik:

İranla “Böyük altılıq” ölkələri (ABŞ, İngiltərə, Fransa, Çin, Rusiya və Almaniya) arasında ilkin razılaşma əldə olundu. İran nüvə silahı yaratmayacaq, ABŞ və Avropa Birliyi də İrana qarşı tətbiq etdiyi sanksiyaları qaldıracaq. Bir çox dostlarımıza təəccüblü görünsə də, bu hadisənin Azərbaycana da, hətta hazırlaşdığımız 5 aprel mitinqinə də təsiri var. İzah edirəm.

1. Bu razılaşma o deməkdir ki, bizim yaxın qonşu olan İranın iştirakı ilə regionda böyük müharibə olması ehtimalı xeyli dərəcədə aradan qalxdı. İranın nüvə silahı

İranın nüvə silahı bölgənin və o cümlədən Azərbaycanın təhlükəsizliyinə xidmət edəcək.

bölgənin və o cümlədən Azərbaycanın təhlükəsizliyinə xidmət edəcək.

2. İranın Qərblə qarşıdurmadan imtina etməsi Azərbaycandakı qeyri-demokratik rejimin manevr imkanlarını azaldacaq. Daha Azərbaycanı sendviçə bənzətmək və bu yolla sərt rejimi əsaslandırmaq asan olmayacaq.

3. İran-Qərb qarşıdurmasının götürülməsi ölkə daxilindəki ant-Qərb düşərgəni xeyli zəiflədəcək. Sirr deyil ki, xalqımızın müəyyən hissəsinin İrana münasibəti mehriban qonşuluq münasibətindən də sıxdır. Qərb-İran qarşıdurması dövründə həmin İran mövzusuna xüsusi həssaslıqla yanaşan kəsim avtomatik olaraq bütün məsələrdə anti-Qərb mövqeyindən çıxış etməklə praktiki olaraq (bəlkə də istəməyərəkdən) rejimin mövqeyini gücləndirirdi. İndi bu tendensiya tədricən zəifləyəcək.

4. Azərbaycanın bölgədə Avropa üçün alternativ enerji mənbələrindən biri olması bir tərəfdən ölkəmizin geopolitik önəmini artırırdı, digər tərəfdən də rejimə imkan verirdi ki, məhz bu önəmə söykənərək, Avropa və ABŞ-dan gələn demokratiya çağırışlarını qulaqardına vursun. İndi regionun enerji bazarına İran kimi nəhəng oyunçunun qayıtması ilə vəziyyət ciddi şəkildə dəyişəcək. İndi rejimin enerji şantajının bir qiyməti qalmayacaq.

5. İrana xarici sərmayələrin gəlməsi orada sosial-iqtisadi həyatı canlandıracaq. Bu da o deməkdir ki, həm də İranda yaşayan 10 milyonlarla soydaşlarımızın maddi durumu nisbətən yaxşılaşacaq. İran-Qərb dialoqu isə istər-istəməz İranın demokratikləşməsinə, o cümlədən zaman içində azərbaycanlıların milli hüquqlarına daha hörmətlə yanaşılmasına səbəb olacaq. Bütün İran vətəndaşları kimi, bizim soydaşlarımızın da özlərini realizə imkanları artacaq.

6. İrana qarşı sanksiyaların götürülməsi ilə İran dünya bazarına daha çox neft çıxaracaq. Hazırda onsuz da neft bazarında təklif tələbi xeyli üstələyir. Neft saxlanclarının hamısı dolmaq üzrədir. Mütəxəsislər hesab edir ki, bir müddətdən sonra İran neft ixracatını gündəlik 1.5 milyon barrel artıra bilər. Bu isə neftin qiymətini daha da aşağı salacaq (tendensiya artıq başlayıb). Üstəlik İranın neft bazarına təsiri daha uzunmüddətli faktor olacaq.

7. İndi əminliklə demək olar ki, daha xeyli müddət neftin qiyməti ucuz olaraq qalacaq. Hətta Azərbaycan hakimiyyəti də nəinki bu il, hətta gələn il üçün də neftin qiymətini ortalama 50 dollardan hesablayır. Deməli, ölkədəki sosial-

Ölkədəki sosial-iqtisadi durum günü-gündən pisləşməyə doğru gedəcək.

iqtisadi durum günü-gündən pisləşməyə doğru gedəcək.

8. Sosial-iqtisadi durumun pisləşməsi şəraitində hökumətin yenə də seçim imkanı qalır. Özlərinə qalsa, xalqın ciddi təzyiqi olmasa, heç nəyi dəyişmədən, indiki kimi davam edəcəklər. Böhranın bütün zərərini xalqa ödətməyə çalışacaqlar. Büdcə təşkilatlarında ixtisarları artıq minlərlə yox, 10 minlərlə, bəlkə də 100 minlərlə edəcəklər. Manatı daha da ucuzlaşdıracaqlar, bu yolla da daha ciddi bahalaşmaya şərait yaradacaqlar. Tikinti sektorunu qurban verib, 100 minlərlə insanı işsiz qoyacaqlar. Vergi və gömrük rəsmiləri məzənnəni qaldırıb, daha da qəddarlaşacaq və s.

Amma bütün bunlar olmaya da bilər. Əgər biz xalq olaraq məşəqqətlərimizin artmasını sakitcə gözləmək əvəzinə hamılıqla dinc mübarizəyə qalxsaq, 10 minlərlə insan talançılığa, korrupsiyaya, monopoliyaya, rüşvətə son qoyulmasını və ölkədə real islahatlar aparılmasını davamlı olaraq tələb etsə, rejim qorxacaq.

Hakimiyyəti tamamilə itirməkdənsə, monopoliya və korrupsiyanı azı bir müddət durdurmaq, xalqın acılarını qismən də olsa yüngülləşdirmək barədə düşünməli olacaq.

Hakimiyyəti tamamilə itirməkdənsə, monopoliya və korrupsiyanı azı bir müddət durdurmaq, xalqın acılarını qismən də olsa yüngülləşdirmək barədə düşünməli olacaq.

Kərimli sonda əhalini Milli Şuranın aprelin 5-də keçirəcəyi mitinqdə iştirak etməyə çağırır.

XS
SM
MD
LG